Fatih Terim qızını ərə verir
04.12.2008 - 19:35
Fatih Terim qızını ərə verir
Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terim xeyir işə hazırlaşır. Apasport.az saytının məlumatına görə, tezliklə 55 yaşlı çalışdırıcının qızı Merve ailə həyatı quracaq.

Merve milli komandanın və “Fənərbaxça”nın yarımmüdafiəçisi Əmrə Belözoğlunun xalası oğlu Volkanla evlənəcək. Artıq Fatih Terim də bu izdivaca razılıq verib. Merve və Volkanın toyu gələn ilə planlaşdırılır.

Qeyd edək ki, bir neçə ay öncə Türkiyə mətbuatında Terimin qızının Əmrə ilə eşq macərası yaşaması barədə məqalələr yazılırdı. Lakin sonradan Merve və Əmrənin tam başqa şəxslərlə ailə həyatı quracaqları müəyyənləşib. Əmrənin də toyu gələn il olacaq.
0