Əmrə Bələzoğlu azarkeşlə yumruq davasına çıxdı - FOTO
05.12.2008 - 11:15
Əmrə Bələzoğlu azarkeşlə yumruq davasına çıxdı - FOTO
Türkiyə yığmasının və “Fənərbaxça” klubunun yarımmüdafiəçisi Əmrə Bələzoğlunun başı qalmaqaldan açılmır. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu bu dəfə azarkeşlə yumruq davasına çıxıb.

Hadisə Dənizli şəhərinin hava limanında baş verib. Bu gün superliqanın XIV turunun açılış matçında “Dənizlispor” klubunun qonağı olan “Fənərbaxça”nı 30-a yaxın azarkeş qarşılayıb. Bu zaman “Qalatasaray”lı olduğu iddia olunan bir fanat Əmrəni təhqir edib. Onun “Fənərbaxça”ya yaraşmırsan. Şərəfsiz, xaraktersiz, rədd ol get” sözləri Bələzoğlunu özündən çıxarıb. Azarkeşin üzərinə hücum çəkən futbolçu yumruqlarını da işə salıb. Bunda ona komandanın qapıçısı Volkan Dəmirəl də yardımçı olub. Xoşagəlməz hadisə polisin müdaxiləsi ilə aradan qaldırılıb.

Qeyd edək ki, “Fənərbaxça”nın rəsmi internet saytında da, Bələzoğlunu təhqir edən şəxsin komandanın azarkeşi olmadığı haqda xəbər yerləşdirilib.
0