Ağasəlim Mircavadovla Sakit Alıyev eyni kateqoriyalı məşqçi oldular
05.12.2008 - 12:30
Ağasəlim Mircavadovla Sakit Alıyev eyni kateqoriyalı məşqçi oldular
Azərbaycanın daha 15 mütəxəssisi A kateqoriyalı məşqçi lisenziyası alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu gün assosiasiyanın mənzil-qərargahında məşqçilərə sertifikatlar verilib.

Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov sertifikat almış bütün məşqçiləri təbrik edib və müxtəlif kateqoriyalı lisenziya əldə etməyə imkan verən kursların keçirilməsini ölkəmizdə futbolun inkişafı naminə görülən işlərin tərkib hissəsi olduğunu bildirib. O, qeyd edib ki, məşqçilərin ixtisasının artırılması üçün gələcəkdə də AFFA tərəfindən kompleks tədbirlər həyata keçiriləcək.

A kateqoriyasına yiyələnənlər arasında Azərbaycan milli komandasının sabiq baş məşqçiləri, 61 yaşlı Ağasəlim Mircavadov və Əsgər Abdullayev də var. Yalnız indi bu kateqoriyaya layiq görülən sabiq yığma məşqçilərindən başqa Nizami Sadıqov, Vaqif Paşayev, Sakit Alıyev, Şamil Heydərov, Elşad Xudadatov, Rafiq Bağırov, Əbdülqəni Nurməmmədov, Ramiz Məmmədov, Faiq Əzizov, İslam Kərimov, Namiq Quliyev, Böyükağa Hacıyev, İlqar Əliyev də sertifikat alıb.
0