Olimpiya çempionuna “Çingiz xan” mükafatı veriləcək
05.12.2008 - 17:52
Olimpiya çempionuna “Çingiz xan” mükafatı veriləcək
Sərbəst güləş üzrə üçqat olimpiya çempionu, dünya birinciliyinin altıqat qalibi Buvaysar Saytiyev Monqolustanda da mükafatlandırılacaq. Apasport.az saytının məlumatına görə, rusiyalı pəhləvana “Çingiz xan” mükafatı təqdim olunacaq.

Mükafat Monqolustan prezidenti Nambarın Enxbayyar tərəfindən təsis edilib və yüksək nəticə göstərən sərbəst güləşçi, cüdoçu və taekvondoçulara təqdim olunur. Saytiyev bu şərəfə layiq görülən ikinci idmançı olacaq. 2006-cı ildə yaponiyalı cüdoçu, olimpiya və dünya çempionu Keydzi Suzuki laureat olub.

Qeyd edək ki, Saytiyevə “Çingiz xan” mükafatı dekabrın 22-də paytaxt Ulan-Batorda təşkil olunacaq mərasimdə təqdim ediləcək.
0