Adamiyanı Rumıniyaya buraxmırlar
06.12.2008 - 14:21
Adamiyanı Rumıniyaya buraxmırlar
“Viza problemi yarandığı üçün Rumıniyaya gedə bilmədim”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun əsas heyətindən uzaqlaşdırılan gürcüstanlı hücumçu Georgi Adamiya deyib.

Hazırda Tiflisdə ailəsinin yanında olan 27 yaşlı futbolçuya az öncə Rumıniyanın yüksək liqasında mübarizə aparan “Otselul” komandasına baxışa yollanmaq təklif olunmuşdu. Amma Adamiya viza ala bilmədiyi üçün səfərə çıxa bilmir: “Səfirlik bu məsələni xeyli vaxtdır uzadır. Konkret səbəb göstərilmir. Guya, viza ilə bağlı qayda pozuntusuna yol vermişəm. Əslində isə mən belə şey etməmişəm və onlar məni səhv salırlar. Rumıniya variantına yeni ildən sonra qayıtmağım mümkündür. Ola bilsin ki, mənimlə maraqlanan kluba Türkiyədə hazırlıq keçən zamanı birbaşa ora yollanım”.
0