Premyer Liqanın “səxavətli” və “xəsis” klubları
06.12.2008 - 14:43
Premyer Liqanın “səxavətli” və “xəsis” klubları
AFFA Nizam-İntizam Komitəsi ölkə çempionatının birinci dövrəsində klubları 71600 manat məbləğində cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçiləri əsas komandalarının oyunlarında baş verənlər üzündən Peşəkar Futbol Liqasının (PFL) büdcəsinə 71600 manat keçirib. Bu məbləğin 2400 manatı ölkə kuboku, qalan hissəsi çempionata təsadüf edib.

Maliyyə cəhətdən imkanlı klublar PFL üçün də “səxavətli” komandalar sayılır. Belə ki, maddi dayaqları ilə seçilən “Simurq”, “Standard”, “Xəzər-Lənkəran” və “Qəbələ” digər 10 komandadan daha çox cərimə ödəyib. Autsayderlər qrupunda yer alan dörd komandaya gəlincə, burada yalnız “Turan” çox xərcə düşüb. Digər üç komanda isə ən “xəsis” komanda imicini ələ keçirib. Ölkə çempionu və birinci dövrənin qalibi olan “İnter” cərimələr cədvəlinin onuncu komandasıdır.

1. “Simurq” - 11200
2. “Standard - 11000
3. “Xəzər-Lənkəran” – 10000
4. “Qəbələ” - 9000
5. “Turan” - 8000
6. “Bakı” – 6000
7. “Karvan” - 4000
8-9. “Qarabağ” və “Neftçi” – hərəyə 3000
10. “İnter” – 2200
11. “Olimpik” - 1400
12. “Muğan” – 1200
13. MOİK - 1000
14. “Bakılı” - 600
0