“Bakı” Xaqani Məmmədovun cavabını faktla verdi
06.12.2008 - 15:33
“Bakı” Xaqani Məmmədovun cavabını faktla verdi
“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov AFFA Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib. Z.Məmmədovun klubun internet saytına açıqlamasında vurğulayıb ki, HK sədri onlardan “Simurq”- “Bakı” matçının fotoşəkillərini istəməyib: “O, bu fotoşəkilin fotomontaj olmasını israrla bildirir. Onun bunu sübut etməsini tələb edirik! Məmmədov “Simurq”un stadionunda heç bir fotomüxbirin olmadığını deyir. Lakin klubumuzun sarı jilet geyinmiş, arxasında “BAKI FK PRESS” yazılmış müxbiri 90 dəqiqə meydanda olub. Bunu Zaqatalada 3000 azarkeş gördüyü halda, Xaqani Məmmədov görməyib. Həmin müxbir elə onun özünün də şəkillərini çəkib. Əslində, bu bizim üçün sürpriz deyil. Bu matçın hakimləri bir çox epizodlarda qayda pozuntularını görmədiyi kimi, Hakimlər Komitəsinin sədrinin də bu müxbiri görməməsi normaldır”.
0