Dünya futbolunun 10 ən arzuolunmaz azarkeşi - ARAŞDIRMA
07.12.2008 - 16:24
Dünya futbolunun 10 ən arzuolunmaz azarkeşi - ARAŞDIRMA
Azarkeş anlayışı futbolun ayrılmaz hissəsidir. Tez-tez deyirlər ki, futbolçular bu idman növünü ilk növbədə tribunalara toplaşan fanatlar üçün oynayırlar. Hətta futbol həvəskarları “12-ci oyunçu” da adlandırılır. Çünki onlar sevimli komandalarının qələbələrində əvəzsiz – bəzən həlledici - rol oynayırlar.

Lakin dünya futbolunda elə azarkeşlər var ki, onlar sevilmir, nifrət obyekti olur, üzqarası kimi qəbul edilirlər. Apasport.az saytının araşdırmalarına əsasən, futbol tarixinin 10 ən arzuolunmaz azarkeşi aşağıdakılardır:

1. Benito Mussolini (“Bolonya”nın azarkeşi)
İtaliyalı Mussolininin “Bolonya”ya sevgisi bitib-tükənməz idi. Təsadüfi deyil ki, adıçəkilən komanda A seriyasında qazandığı 6 çempion titulundan 4-nə Mussolinin hakimiyyəti dövründə yiyələnib. Güman ki, bu uğurun əldə olunmasında meydandan kənar amillərin də təsiri az deyil.

2. Emi Vinhauz (“Aston Villa”nın azarkeşi)
Məşhur musiqiçi “Aston Villa”ya çılğıncasına azarkeşlik edirdi. Həmişə qalmaqallarla gündəmə gələn Vinhauzun bu klubun tərəfdarı olması isə heç də hamının ürəyicə deyildi.

3. Elton Con (“Uotford”un azarkeşi)
Bəlkə də bir çox klublara Elton Con kimi fanat qazanmaq əlçatmaz görünə bilər. Ancaq onun İngiltərənin aşağı divizionunda mübarizə aparan “Uotford”u dəstəkləməsi rəqib komandaların azarkeşləri üçün göydəndüşmə sayılır. Onlar cinsi azlıqların nümayəndəsi olan musiqiçiyə görə, “Uotford”u xeyli tənqid edirlər. “Mavi” Elton Con “Uotford” üçün əsl üzqarasıdır.

4. Maykl Cekson (“Ekseter Citi”)
Pop dünyasının kralı qəribə də görünsə, İngiltərənin çox az tanınmış bir klubunun azarkeşidir. Bu yaxnlarda müsəlmanlığı qəbul etmiş Cekson 2002-ci ildə “Ekseter Siti”nin İdarə Heyətinin fəxri üzvü seçilib. Lakin ona da təzyiqlər var. Axı, Maykl azyaşlı uşaqlara təcavüz etməkdə günahlandırılır. Məhz bunu əsas götürən azarkeşlər daima “Ekseter Siti” prezidentini “sancırlar”.

5. Zelko Raznatoviç (“Srvena Zvezda”nın azakeşi)
Bu tanınmış hərbçi ABŞ tərəfindən “sərt qatil və soyqırımçı” kimi ittiham olunur. Fakt budur ki, Serbiyada aparılan etnik təmizləmə zamanı Raznatoviç “Srvena Zvezda” fanatlarına dəyib-toxunmayıb. Elə buna görə də “Srvena Zvezda”lılar Bosniyadakı soyqırıma dəstək veriblər.

6. Usama Bin Ladin (“Arsenal”ın azarkeşi)
Məşhur terrorçu “Arsenal”ın uğurlarına ürəkdən sevinir, uğursuzluqlar olanda isə qəzəbini saxlaya bilmir. Hətta deyilənə görə, Usama Pakistanda yaşadığı mağaraların birində “Arsenal”ın “Tottenhem”ə uduzduğu matçda əsəblərini cilovlamağı bacarmayıb. Hirsindən televizoru yumruqlayan terrorçu “Vengerə ölüm, İsrailə ölüm, Amerikaya ölüm” deməklə təsəlli tapıb.

7. Adolf Hitler (“Şalke”nin azarkeşi)
1933-1945-ci illər arasında “Şalke” 6 dəfə Almaniya çempionluğunu qazanıb. Təbii ki, bu, faşistlərin rəhbəri Hitlerin əməyi sayəsində gerçəkləşib. Hitlerin təbliğat işləri üzrə məsul şəxs Qebbels belə nəql edir: “Şalke” onun üçün bir çox şeylərdən, o cümlədən Şərqdə bir şəhəri işğal etməkdən də önəmli idi”.

8. Abdullah Öcalan (“Qalatasaray”ın azarkeşi)
Türkiyədə 35 min insanın ölümündə günahlandırılan Abdullah Öcalanın “Qalatasaray”ın azarkeşi olub. İddia olunur ki, o, hərdən gizlincə “Ali Semi Yen” stadionuna gələrək, “Cim Bom”un oyunlarını izləyib. Şübhəsiz ki, belə faktlar “Qalatasaray” azarkeşləri üçün heç də ürəkaçan deyil.

9. Okan Gülər (“Fənərbaxça”nın azarkeşi)
“Rembo Okan” kimi tanınan bu şəxs bir neçə il öncə meydança qaçaraq, “Fənəbaxça”nın nigeriyalı futbolçusu Uçeni qucaqlaması ilə məşhurlaşıb.
Əqli çatışmazlığı olan Gülər hətta əlində bıçaq fanat kütləsinin üstünə doğru gedərək, “Aranızda “Qalatasaray”lı var” sualını verməklə, böyük qalmaqalın səbəbkarı olmuşdu.

10. Fatih Ürək (“Beşiktaş”ın azarkeşi)
Cinsi azlıqların daha bir nümayəndəsi olan bu aktyor da demək olar ki, Elton Conla eyni taleyi yaşayır. Bir “mavi”nin nəhəng kluba azarkeşlik etməsi heç “Beşiktaş” fanatlarını sevindirə bilərmi?
0