Ərtoğrul Sağlam Mustafa Dənizlidən güclü imiş...
07.12.2008 - 19:39
Ərtoğrul Sağlam Mustafa Dənizlidən güclü imiş...
Baş məşqçi postunda dəyişikliyə baxmayaraq, “Beşiktaş” hələ də sabit oyun nümayiş etdirə bilmir. Apasport.az saytının məlumatına görə, “qara qartallar” dünən doğma meydanda “Ankaraspor”a 1:3 hesabı ilə uduzduqdan sonra komandanın sabiq baş məşqçisi Ərtoğrul Sağlamın hazırkı çalışdırıcı Mustafa Dənzilidən güclü olduğu üzə çıxıb.

Belə ki, “Beşiktaş” cari mövsüm Türkiyə Superliqası, ölkə kuobku və UEFA kuobku uğrunda yarışda ümumilikdə 20 oyun keçirib. Bunlardan 10-u Sağlamın, 10-u isə Dənizlinin rəhbərliyi altında olub. Ərtoğrul Sağlamın komandası 7 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb, cəmi 1 matçda uduzmuşdu. Dənizlinin başçılıq etdiyi kollektivin 10 oyunluq balansı isə belədir: 5 qələbə; 2 heç-heçə; 3 məğlubiyyət.

Sağlam İstanbul klubundan ayrılanadək komanda bu mövsüm məğlubiyyət acısı dadmamışdı. “Beşiktaş”ın passivindəki hər 3 məğlubiyyət Dənizlinin dövründə olub. Ərtoğrul Sağlamın xeyrinə daha bir fakt var. 39 yaşlı məşqçinin komandası 10 qarşılaşmada 19 qol vurub, öz qapısından 9-nu buraxmışdı. Mustafa Dənizli isə hücum futbolu tətbiq etsə də, top fərqində sələfindən geri qalır: 18-11.

Qeyd edək ki, Sağlam baş məşqçi postundan iki ay öncə istefa verb. Onun “Beşiktaş”dan ayrılması UEFA kubokunda Ukrayna “Metalist”inə 1:4 hesablı məğlubiyyətdən sonraya təsadüf edib.
0