AFFA-dan Bernard Lippertə daha bir vəzifə
07.12.2008 - 20:55
AFFA-dan Bernard Lippertə     daha bir vəzifə
17 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi, AFFA-nın texniki direktoru Bernard Lippertə daha bir vəzifə tapşırılıb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı çalışdırıcı azərbaycanlı həmkarlarına dərs keçəcək.

Dekabrın 9-da “Neapol” otelində B kateqoriyalı lisenziya almaq istəyən məşqçilər üçün seminar başlanacaq. AFFA rəsmilərinin qərarına əsasən, dərslərə məhz Lippert rəhbərlik edəcək. 12 gün davam edəcək seminarda 35 məşqçinin iştirakı planlaşdırılıb.

Qeyd edək ki, son bir neçə ildə C, B və A kateqoriyalı kursları AFFA-nın elmi-metodiki mərkəzinin əməkdaşları - Rafiq Bağırov, Namiq Quliyev və İlqar Əliyev keçirdilər. Lakin bir müddət öncə sözügedən mərkəz ləğv olunduğundan, bu dəfə seminar Lippertə tapşırılıb.
0