İlin ən yaxşı boksçusu məlum oldu
12.12.2008 - 15:00
İlin ən yaxşı boksçusu məlum oldu
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2008-ci ilin ən yaxşılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, fərqlənənlər sırasında həmyerlimiz yoxdur.

AİBA-nın tədbiri Moskvanın “Crown Plaza” otelində keçirilib. Xüsusi komissiya Pekin Olimpiadasının qalibi, monqolustanlı Enhbatın Batar-Uurqanı 2008-ci ilin ən yaxşı kişi boksçusu elan edib. Qadınlar arasında irlandiyalı dünya çempionu Keti Teylor AİBA-nın mükafatına sahib çıxıb. Qurum, həmçinin Li Tsinşeni (Çin) ən yaxşı hakim, Pedro Roke Otanonu (Kuba) isə ən yaxşı məşqçi seçib.
0