Dünyanın 20 ən sədaqətsiz futbolçusu - FOTO
15.12.2008 - 17:18
Dünyanın 20 ən sədaqətsiz futbolçusu - FOTO
Müasir futbolda “əzəli və əbədi rəqib” ifadəsi var. Belə komandaların azarkeşləri daima stadionda və ondan kənarda dava-dalaş edir, heç vaxt bir-birləri ilə barışmırlar. Amma bəzən hansısa futbolçu gözlənilmədən əzəli və əbədi rəqibə transfer olunur. Təbii ki, bu transferlər fanatları əməlli-başlı şoka salır. Beləliklə, azarkeşlər belə vəfasız futbolçulara nifrət bəsləməyə başlayır, onların ünvanlarına təhqiramiz ifadələr işlədir, yumurtaya, plastik qablara, dəmir pullara, partlayıcı maddələrə, hətta donuz başına “qonaq” edirlər.

Apasport.az saytının məlumatına görə, dünyanın 20 ən sədaqətsiz futbolçusu aşağıdakılardır:

1. Luiş Fiqu: “Barselona”dan “Real”a
2. Roberto Baco: “Fiorentina”dan “Yuventus”a
3. Ruceri: “Boka Xuniors”dan “River Pleyt”ə
4. Sol Kempbell: “Tottenhem”dən “Arsenal”a
5. Batistuta: “River Pleyt”dən “Boka Xuniors”a
6. Romario: “Flamenqo”dan “Fluminense”yə
7. Yohan Kroyff: “Ayaks”dan “Feyenoord”a
8. Kanicca: “River Pleyt”dən “Boka Xuniors”a
9. Huqo Sançes: “Atletiko”dan “Real”a
10. Mo Conson: “Seltik”dən “Qlazqo Reyncers”ə
11. Tardelli: “Yuventus”dan “İnter”ə
12. Luis Enrike: “Real”dan “Barselona”ya
13. Krançar: “Dinamo”dan (Zaqreb) “Hayduk”a
14. Pol İns: “Vest Hem”dən “Mançester Yunayted”ə
15. Mikael Laudrup: “Barselona”dan “Real”a
16. Aldo Serena: “Torino”dan “Yuventus”a
17. Kaseres: “River Pleyt”dən “Boka Xuniors”a
18. Denis Lou: “Mançester Yunayted”dən “Mançester Siti”yə
19. Bernard Şuster: “Barselona”dan “Real”a
20. Qatti: “River Pleyt”dən “Boka Xuniors”a
0