İslam dövlətlərinin nümayəndələri Bakıya toplaşır
17.12.2008 - 15:02
İslam dövlətlərinin nümayəndələri Bakıya toplaşır
Dekabrın 21-də Bakıda İslam dövlətləri Qadın və İdman Assosiasiyasının İdmanın İnkişafı komitəsinin “Təhsil, Mədəniyyət və İdman sahəsində qadın idmanının inkişaf perspektivləri” adlı illik yekun iclası keçiriləcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, toplantıda altı ölkəni təmsil edən 8 nümayəndə iştirak edəcək.
Tədbirin yekunu ilə bağlı dekabrın 22-də Milli Olimpiya Komitəsində mətbuat konfransı keçiriləcək.
0