17 yaşlı idmançını niyə qətlə yetiriblər?
18.12.2008 - 17:07
17 yaşlı idmançını niyə qətlə yetiriblər?
Yaponiyada dəhşətli ölüm hadisəsi baş verib. Apasport.az saytının məlumatına görə, 17 yaşlı sumoçu Takasi Saito 3 həmkarı tərəfindən qətlə yetirilib. İdmançının ölümündə 23 yaşlı Masanori Fudzi, 25 yaşlı Yuiçiro İdzuka və 26 yaşlı Masakadzu Kimura günahlandırılır.

Faciəli hadisə 2007-ci ilin iyununda olub. 3 dost Saitonu pivə butulkası ilə döyüblər. Ertəsi gün isə həmin sumoçular ikinci dəfə yeniyetmə idmançı ilə haqq-hesab çürütmək qərarına gəliblər. Saitonu məşqdə yaxalayan dostlar onu beysbol ağacı ilə vurub, sonra yerə yıxıb və üstünə su töküblər. Məhkəmə hesab edir ki, məhz bu əməllər 17 yaşlı sumoçunun ölümü ilə nəticələnib.

Artıq qatillərin məhkəməsi yekunlaşıb. İdzuka və Kimuraya 3 illik, Fudziya isə 2 illik icbari iş kəsilib. Onlara belə yüngül cəzanın verilməsi sumoda döyülmə faktının adi hal kimi qəbul olunması ilə əlaqədardır.
0