Azərbaycan yığmasının baş məşqçisi istefa verdi
18.12.2008 - 17:48
Azərbaycan yığmasının baş məşqçisi istefa verdi
Azərbaycanın karate üzrə yığma komandasının baş məşqçi postunda dəyişiklik edilib. apasport.az saytının məlumatına görə, Hidayət Şabanov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən istefa verib.

Milli komandaya 18 il rəhbərlik etmiş H.Şabanov bundan sonra Gürcüstanın karate klublarından birində çalışacaq. Yığmamızın yeni baş məşqçisi isə Rəhman Hətəmov olacaq.
Lent.az
0