“Rabitə”nin rəqibi “Drezdner” oldu
19.12.2008 - 11:18
“Rabitə”nin rəqibi “Drezdner” oldu
Qadınlardan ibarət “Rabitə” voleybol klubunun “Çağırış kuboku”nun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Drezdner” klubu ilə qarşılaşacaq.

Püşkə əsasən, ilk oyun yanvarın 13, 14 və ya 15-də Almaniyada, cavab matçı bundan bir həftə sonra Bakıda keçiriləcək. İki oyunun nəticəsinə görə də, 1/4 finala yüksələn kollektiv müəyyənləşəcək.

Xatırladaq ki, avrokuboklardakı yeganə təmsilçimiz olan “Rabitə” 1/8 finala oyun keçirmədən adlayıb. Buna komandamızın rəqibi, Türkiyənin “Karşıyaka” klubunun maliyyə problemi ucbatından yarışdan çəkilməsi səbəb olub. “Drezdner” isə 1/16 finalda Xorvatiyanın “OTP Banka” klubunu hər iki görüşdə 3:0 hesabı ilə üstələməklə mərhələ adlayıb.
0