Karlo Ançelotti yeni sevgilisi ilə yaxalandı - FOTO
19.12.2008 - 12:58
Karlo Ançelotti yeni sevgilisi ilə yaxalandı - FOTO
İtaliyanın “Milan” klubunun baş məşqçisi Karlo Ançelotti 49 yaşında eşqə düşüb. Apasport.az saytının məlumatına görə, tanınmış italyan mütəxəssis həyat yoldaşı ilə ayrılmaq qərarına gəlib. Belə ki, yenidən aşıq olan Ançelotti iki uşağının anası Luiza ilə boşanmaq məsələlərini müzakirə edir.
Ançelottinin ağlını isə başından rumın gözəlçə Marina Kretu çıxarıb. Gənc həmkarımız müsahibə götürdüyü vaxt tanış olduğu mütəxəssislə əvvəl dost olub. Sonradan münasibətlərin daha yüksək həddə çatması isə Ançelottinin ona Milanda ev tutması ilə nəticələnib. Hətta çalışdırıcının Marinanın arxasınca Rumıniyaya getdiyi də bildirilir.

Neçə vaxtdır Marina ilə Ançelottinin izinə düşən italiyalı jurnalistlər nəhayət ki, onları bir yerdə yaxalaya bilib.
0