Tanınmış promouter kasıblara 100 min hinduşka paylayacaq
19.12.2008 - 15:35
Tanınmış promouter kasıblara 100 min hinduşka paylayacaq
Peşəkar boks üzrə tanınmış promouter Don Kinq xeyriyyəçilik missiyasını davam etdirir. Apasport.az saytının məlumatına görə, 77 yaşlı amerikalı dekabrın 22-də beş ştatın sakinlərinə 100 min hinduşka paylayacaq.

Kinq artıq 40 ildir ki, kasıb ailələri sevindir. Promouter bu dəfə 2 milyondan çox insanı “doyduracaq”. Onun hədiyyələri təbii fəlakətdən və iqtisadi böhrandan daha çox əziyyət çəkən Texas, Luiziana, Alabama və Florida ştatlarının sakinlərinə paylanacaq.
0