Yığmanın oyunçusu 26 yaşında ölüb
19.12.2008 - 16:45
Yığmanın oyunçusu 26 yaşında ölüb
Belarus yığmasının həndbolçusu Olqa Kondratyeva dünyasını dəyişib. Apasport.az məlumatına görə, 26 yaşlı idmançı dünən səhər saatlarında qəflətən vəfat edib. Avropa çempionatının oyunlarına hazırlıq məqsədilə milli komandasının düşərgəsinə yollanan Olqa təlim-məşq toplanışında sinəsində ağrılar hiss edib. Müayinə olunmaq məqsədilə doğma şəhəri Qomelə yollanan həndbolçunun pnevmoniyadan əziyyət çəkməsi ilə bağlı diaqnoz qoyulub. Şəhər xəstəxanasında stasionar şəkildə bir ay müalicə alan Kondratyevada qəribə şəkildə baş alan ağrılar kəsmək bilmirmiş. İdmançını yeni yerə köçürmək bədbəxt hadisə ilə nəticələnib. Həkimlər birdən huşunu itirən Olqanın öldüyünü müəyyənləşdirib.
0