Yığmamızın məşqçisi Azərbaycan çempionu oldu
19.12.2008 - 19:36
Yığmamızın məşqçisi Azərbaycan çempionu oldu
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün 66, 74 və 84 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Sözügedən çəkilərdə müvafiq olaraq, Ruslan Cunayev, Elvin Mürsəliyev və İlqar Abdulov çempion tituluna yiyələniblər.

Maraqlıdır ki, Abdulov həm də yığmada məşqçi funksiyasını yerinə yetirir. 28 yaşlı idmançı ötən ay milli komandanın baş məşqçisi Bəhram Mürvətovun köməkçisi təyin olunub.

Sabah sərbəst üsulla güləşənlərin yarışına start veriləcək. Bakı İdman Sarayında təşkil olunan Azərbaycan çempionatı dekabrın 21-də başa çatacaq.

18 dekabr
55 kq (17 idmançı)


1. Elçin Əliyev (“İnter”)
2. Orxan Əhmədov (“Lokomotiv”)
3. Natiq Aslanov (ROİL), Taleh Məmmədov (“Neftçi”)


60 kq (22 idmançı)

1. Fuad Əliyev (“Xəzər-Lənkəran”)
2. Həsən Əliyev (ROİL)
3. Anar Əsədov (“Neftçi”), Hacıxan Mustafayev (DİN)


96 kq (18 idmançı)

1. Şalva Qadabadze (“ATAsport”)
2. Səməd Cəbrayılov (“Göyçay-Təhsil”)
3. Samir Əsgərov (“Sumqayıt-Təhsil”), Vüqar Mirzəyev (“Sumqayıt-Təhsil”)


120 kq (22 idmançı)

1. Cəlal Bahadurov (“Qubadlı-Neftçi”)
2. Müslüm Müslümov (“Neftçi”)
3. Azad Əliyev (DİN), Eldar Atakişiyev (“Neftçi”)


19 dekabr
66 kq (26 idmançı)


1. Rəsul Cunayev (“Neftçi”)
2. Hüsaməddin Rəcəbov (“Xəzər-Lənkəran”)
3. Elşad Səfərov (MOİK), Rüstəm Əliyev (DİN)


74 kq (26 idmançı)

1. Elvin Mürsəliyev (“Neftçi”)
2. Rafiq Hüseynov (DİN)
3. Elbrus Məmmədov (MOİK), Emin Əhmədov (“Spartak”)


84 kq (31 idmançı)

1. İlqar Abdulov (DİN)
2. Murtuza Tağıyev (“Neftçi”)
3. Həbib Yusifzadə (MOİK), Fariz Ağasıyev (“Qusar”)
0