İsmət Abasov yenə federasiya prezident seçildi
19.12.2008 - 19:51
İsmət Abasov yenə federasiya prezident seçildi
Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) hesabat-seçki konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə qurumun prezidenti İsmət Abasov 2005-08-ci illər üçün hesabat verib. O, göstərilən müddətdə milli komanda üzvlərinin 38 beynəlxalq yarışda, o cümlədən dünya və Avropa çempionatlarında iştirak etdiyini vurğulayıb.

Bir sıra uğurlara baxmayaraq, stolüstü tennis idman növündə problemlərin mövcudluğundan da danışılıb. Konfransda nitq söyləyən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ötən illər ərzində ASTF rəhbərliyinin gördüyü işləri müsbət qiymətləndirib.

Yığıncaqda, həmçinin Avropa çempionatında uğur qazanmış tennisçilərə kubok və pul mükafatları verilib. Daha sonra ASTF-nin rəhbər orqanlarına növbəti müddət üçün seçki keçirilib. İsmət Abasov konfrans iştirakçılarının yekdil qərarına əsasən, yenidən prezident seçilib.
0