Güləş çempionatı başa çatdı
21.12.2008 - 23:40
Güləş çempionatı başa çatdı
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün sərbəst üsulla güləşənlərin yarışında son 3 qalib bilinib.

66 kq çəki dərəcəsində Cəbrayıl Həsənov bütün rəqiblərini üstələyərək, qızıl medala layiq görülüb. Eyni zamanda, yığmamızın legioneri, Avropa çempionatının bürünc mükafatçısı Çamsulvara Çamsulvarayev (74 kq) da birinci yeri tutub. Nəhayət, 84 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Şərif Şərifov qalxıb.

Sərbəst güləşçilərdən dünən Namiq Sevdimov (55 kq), Cəlal Süleymanov (60 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) çempion tituluna yiyələnmişdilər. Yunan-Roma güləşçiləri isə dekabrın 18-19-da xalça üzərinə çıxmışdılar.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi çempionlara 3000, onların məşqçilərinə 1000 manat, ikinci yerin sahiblərinə 2000 manat, bürünc medalçılara isə 1000 manat mükafat ayırıb.
0