Azad Rəhimov sabah sorğu-suala tutulacaq
22.12.2008 - 14:32
Azad Rəhimov sabah sorğu-suala tutulacaq
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov sabah ənənəvi mətbuat konfransı keçirəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, tədbirdə ilin yekunlarından danışılacaq.

Rəhimov 2008-ci ildə həm idman, həm də gənclər sahəsində görülmüş işləri, əldə olunan nailiyyətləri diqqətə çatdıracaq. Bundan başqa, nazir jurnalistlərin də suallarını cavablandıracaq.
0