2009-cu ildə Azərbaycan idmanına 9 milyon manatdan çox vəsait ayrılacaq
23.12.2008 - 18:00
2009-cu ildə Azərbaycan idmanına 9 milyon manatdan çox vəsait ayrılacaq
Azərbaycan idmançıları 2008-ci ildə 550 medal qazanıblar. Apasport.az saytının məlumatına görə, bu müstəqillik dönəmində rekord göstəricidir.

İdmançılarımızın ötən ilin müvafiq dövründə qazancı 452, 2006-cı ildə isə 287 medal təşkil edib. 2008-ci ildə əldə olunan medallardan 137-si olimpiya, qalan qismi qeyri-olimpiya idman növlərinin payına düşüb.

Milli komandalar üçün cari mövsümdə 92 təlim-məşq toplanışı təşkil edilib. Ölkəmizdə isə 25 beynəlxalq yarış təşkil edilib ki, bu turnirlərə də 7000-dək idmançı qatılıb.

2008-ci ildə idman sahəsinə 6 milyon 200 min manat vəsait ayrılıb. Bununla yanaşı, olimpiya mövsümü nəzərə alınaraq, dövlət tərəfindən daha 3 milyon manat ayrılıb. 2009-cu ilin büdcəsi isə 9 milyon manatdan çox olacaq.
0