Nişanlı olimpiya çempionunu erotik filmə çəkilməyə qoymadılar - FOTO
24.12.2008 - 18:20
Nişanlı olimpiya çempionunu erotik filmə çəkilməyə qoymadılar - FOTO
İtaliyalı üzgüçü, Pekin Olimpiadasının qalibi Federika Pelleqrini erotik filmdə çəkilməyə dəvət alıb. Apasport.az saytının məlumatına görə, bu təklif erotik filmlər rejissoru Tinto Brass tərəfindən irəli sürülüb. 20 yaşlı idmançının bədən quruluşuna heyran qalan Brass ona özünəməxsus tərzdə belə deyib: “Bədəninin ən gözəl yerlərini suyun altında gizlətməyin bəsdir!”

Gözlənilməz dəvətlə üzləşən Pelleqrini rejissordan düşünmək üçün vaxt istəyib. Daha sonra italiyalı gözəl nişanlısından icazə ala bilib. Ancaq onun qarşısını İtaliya Üzgüçülük Federasiyası kəsib. Federasiya rəhbərliyi bildirib ki, peşəkar üzgüçünün diqqəti yalnız idmana yönəltməsi məqsədəuyğundur. Beləliklə, Brassın da arzusu ürəyində qalıb.

Qeyd edək ki, bir müddət öncə Pelleqrini “Fox” jurnalında çılpaq pozalar verib.
0