Ronaldonun qızı oldu - FOTO
25.12.2008 - 00:33
Ronaldonun qızı oldu - FOTO
Braziliyalı futbolçu Ronaldonun ikinci övladı dünyaya gəlib. Apasport.az saytının məlumatına görə, dünya çempionunun bu dəfə qızı olub. Yeni doğulan uşağın anası isə Ronaldonun rəfiqəsi Bii Antonidir.

Valideynlər dekabrın 24-də anadan olan körpə qızın adını Mariya Sofiya qoyublar. Hazırda karyerasını vətənində, “Korintians” klubunda davam etdirən 32 yaşlı hücumçunun birinci övladı isə oğlandır. Onun adı Ronalddır.

Qeyd edək ki, Ronaldo ilk həyat yoldaşı Milen Domingeşlə 4 il birgə yaşayıb. O, özü kimi tanınmış futbolçu, həmçinin model olan Domingeşdən 2003-cü ilin aprelində ayrılıb. Maraqlıdır ki, Ronaldo məhz ona sevgisini bildirmək üçün 1997-ci ildə dünya rekorduna imza atmışdı. “Yekədiş” ləqəbli ulduz futbolçu 9 saat 6 dəqiqə ərzində dayanmadan topu 55187 dəfə çiləmişdi.
0