Yığmamızın iki üzvü İran klubuna baxışa gedib
25.12.2008 - 12:50
Yığmamızın iki üzvü İran klubuna baxışa gedib
Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının iki üzvü İrana yollanıb. Apasport.az saytının məlumatına görə, Yevgeni Kovalenko ilə Famil Ağayev qonşu ölkənin yüksək dəstə komandasının heyətində məşqlərə başlayıblar.

Milli komandamız isə baş məşqçi Sahib Əliyevin rəhbərliyi altında Voleybol Federasiyasının bazasında dünya çempionatının təsnifat mərhələsinə hazırlaşır. Yanvarın 9-dan 11-dək Quba Olimpiya Kompleksində təşkilat ediləcək yarışda yığmamızın rəqibləri qismində Moldova, Albaniya və Çernoqoriya kollektivləri çıxış edəcəklər.
0