Cüdo çempionatı başa çatdı
26.12.2008 - 23:30
Cüdo çempionatı başa çatdı
Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan sayca 36-cı çempionatda bu gün kişilər arasında 5 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Yarışda Elçin Qasımov (73 kq), Rüstəm Alimli (81 kq), Elxan Rəcəbli (90 kq), Elmar Qasımov (100 kq) və Zaur Bağırov (+100 kq) qızıl medallara layiq görülüblər. Dünən kişilərdən Samir Dadaşzadə (60 kq) və Tərlan Kərimov (66 kq) çempion titulu qazanmışdılar.

Xatırladaq ki, xanım cüdoçularımızdan Ayşə Qurbanlı (48 kq), Turanə Seyidi (52 kq), Şahanə Alməmmədova (57 kq), Ramilə Usubova (63 kq), Rəqiyyə Qarayeva (70 kq) və Şəms Əhmədova (+78 kq) birinci yeri tutublar.

Onu da əlavə edək ki, budəfəki çempionatda müxtəlif səbəblərdən yığmamızın 5 aparıcı üzvü - Ramil Qasımov, Elnur Məmmədli, Mehman Əzizov, Mövlud Mirəliyev və Kifayət Qasımova iştirak etmirdilər.
0