Türkiyə yığmasının futbolçusu gözəllik yarışmasında ikinci oldu - FOTO
27.12.2008 - 15:33
Türkiyə yığmasının futbolçusu gözəllik yarışmasında ikinci oldu - FOTO
Türkiyənin qadın futbolçulardan ibarət milli komandasının üzvü Filiz Heilmann gözəllik yarışmasında mükafat qazanıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı model Avro-2008-də iştirak etmiş ölkələrin gözəlləri arasında keçirilən “Miss EM” müsabiqəsində ikinci yeri tutub.

1 metr 74 sm boya, 59 kq çəkiyə malik Heilmann Türkiyə yığması və “Qalatasaray”ın formasının geyinmiş Savaş Koçun qızıdır. Onun anası isə milliyyətcə almandır. 3 yaşında ailəsi ilə birgə Almaniyaya köçən Filiz hər hansısa çətinliklə üzləşməməkdən ötrü anasının soyadını götürüb.

Heilmannın ilk peşəkar klubu Almaniyanın ikinci liqasında yarışan “Mellendorfer TV” olub. O, futbol oynamaqla yanaşı, manekenlik də edir. Reklam çarxlarına çəkilən, podiumlara çıxan Filiz bu ilin yazında nüfuzlu “Bild” qəzetinin təşkil etdiyi “Bild-Osqar Qızı” müsabiqəsində qalib gəlib.
0