Vasili Filimonov: Azərbaycan yığmasında böyük məmnuniyyətlə çalışaram
30.12.2008 - 16:57
Vasili Filimonov: Azərbaycan yığmasında böyük məmnuniyyətlə çalışaram
Vasili Filimonov Azərbaycan boks yığmasının baş məşqçisi postuna namizəd olduğunu təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssis Rusiya mətbuatına açıqlamasında başqa variantları nəzərdən keçirdiyini də qeyd edib.

“Rusiya yığması da daxil olmaqla, bir neçə təklif almışam. Birinci variant alınmadı və mənə məşqçilər şurasının sədri vəzifəsi təklif olundu. İtaliyaya qayıtmayacağımı dəqiqləşdirmişəm. İki il kifayət qədər çox vaxtdır. Yüksək səviyyəli mütəxəssis olduğum üçün hər şey məsələnin qiymətindən asılıdır. Normal şərtlərlə razılaşsaq, böyük məmnuniyyətlə azərbaycanlı boksçularla çalışaram. Mən tərəfdən heç bir problem yoxdur” – deyə Filimonov bildirib.

Qeyd edək ki, rusiyalı mütəxəssisin yığmamızla bağlı perspektivinə yanvarda aydınlıq gələcək.
0