“Azərreyl” Danimarka yığmasını məğlub etdi
03.01.2009 - 02:13
“Azərreyl” Danimarka yığmasını məğlub etdi
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baza klubu “Azərreyl” Lüksemburqda start götürən beynəlxalq turnirə qatılıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız “Novotel Cup” turnirinə qələbə ilə başlayıb.

Dörd komandanın mübarizə apardığı yarışın ilk turunda voleybolçularımız Danimarka yığması üzərində 3:0 (25:20, 25:20, 25:14) qələbə qazanıb. Komandamız bu gün Avstriya, sabah isə Lüksemburqu sınağa çəkəcək.
0