Bakıda növbəti beynəlxalq turnir
03.01.2009 - 20:15
Bakıda növbəti beynəlxalq turnir
Fevralın əvvəllərində Bakıda atletika üzrə beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, SSRİ-nin əməkdar idman ustası Aleksandr Antipovun xatirəsinə həsr olunan yarış Respublika Olimpiya Mərkəzində baş tutacaq. Uzunluğa və üç təkanla uzunluğa tullanma üzrə keçiriləcək turnirdə Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin idmançılarının iştirakı gözlənilir.
0