“Azərreyl” Avstriya yığmasını da quru hesabla yendi
03.01.2009 - 22:23
“Azərreyl” Avstriya yığmasını da quru hesabla yendi
Qadınlardan ibarət “Azərreyl” voleybol klubu Lüksemburqda təşkil olunan beynəlxalq turnirdə ikinci qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi komanda “Novotel Cup” turnirində Danimarka yığmasının ardınca (3:0), Avstriya millisini də məğlub edib - 3:0 (25:14, 26:24, 25:13). Voleybolçularımız sabah meydan sahibi Lüksemburqla qarşılaşacaq.
0