“Tenerife”nin voleybolçusu Azərbaycanda!
05.01.2009 - 22:14
“Tenerife”nin voleybolçusu Azərbaycanda!
Qadınlardan ibarət “Rabitə” klubu heyətinə yeni voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, komandaya dəvət edilən vaxtilə Serbiya və Çernoqoriya yığmasının şərəfini qorumuş Boyan Doqaniçdir. Son vaxtlar İspaniyada “Tenerife” klubunun formasını geyinən voleybolçu 2009-cu ilin sonunadək müqavilə bağlanılıb.

Qeyd edək ki, “Rabitə” “Çelenc” kuboku turnirinin 1/8 final mərhələsində Almaniyanın “Drezdner” klubu ilə qarşılaşacaq.

Day.az
0