Bakıya 13 regionun ağırlıqqaldıranları toplaşır
07.01.2009 - 12:31
Bakıya 13 regionun ağırlıqqaldıranları toplaşır
Sabah start götürəcək ağır atletika üzrə Azərbaycan çempionatında 13 regionun təmsilçiləri mübarizə aparacaqlar. Bu haqda apasport.az saytına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Bakı İdman Sarayında keçiriləcək yarışa Lənkəran, Cəlilabad, Sumqayıt, Qax, İsmayıllı və digər şəhər və rayonların 100-ə yaxın atleti qatılacaq. Çempionatda milli komandanın üzvlərindən yalnız zədəli Nizami Paşayev iştirak etməyəcək.

Maraqlıdır ki, ölkə birinciliyinin açılış mərasimi yarışın sonuncu gününə, yanvarın 9-u saat 17:00-a təyin olunub. Turnirdə fərqlənən ağırlıqqaldıranlar apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına aparılacaqlar.
0