Mahmud Qurbanovla Saşa Yunisoğlu “Bakı”da! YENİLƏNİB
07.01.2009 - 22:15
Mahmud Qurbanovla Saşa Yunisoğlu “Bakı”da! YENİLƏNİB
“Bakı” klubu Azərbaycan yığmasının futbolçularını transfer edir. Komandanın vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, Saşa Yunisoğlu və Mahmud Qurbanov maraq dairələrindədir. Bu gün vətənindən qayıdan komandanın makedoniyalı baş məşqçisi Qyoko Hacıyevski hər iki futbolçunu yaxşı tanıyır: “Yeni transferləri baş məşqçi ilə danışdıqdan sonra gerçəkləşdirəcəyik. Hacıyevski yeni gəlib, onunla hələ söhbətim olmayıb. Komandamızda oynamaq istəyində olan Saşa yaxşı müdafiəçidir. Onu transfer etmək planlarımıza daxildir. Mahmuda gəlincə, onunla görüşüb komandamızla keçmək variantını müzakirə edəcəyik”.

Qeyd edək ki, artıq Qurbanovla “Bakı” rəhbərliyi razılığa gəlib.
0