Murad Ağakişiyev: “Qarabağ”dan səbəbsiz getdim
07.01.2009 - 20:01
Murad Ağakişiyev: “Qarabağ”dan səbəbsiz getdim
Azərbaycan yığmasının sabiq oyunçusu Murad Ağakişiyev “Qarabağ” klubunu tərk edib. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib. 23 yaşlı yarımmüdafiəçi il yarım əvvəl “MKT-Araz”dan keçdiyi Ağdam təmsilçisi ilə yollarını ayırmağı lazım bilib. Əsas heyətdən kənarda qalıb, daha çox sonradan meydana çıxan Ağakişiyev yeni komanda axtarmağa məcbur olmasını bununla bağlamır: “Klubla müqaviləm qalsa da, oturub söhbət etdik. Və qarşılıqlı razılıq əsasında ayrıldıq. Buna hansısa problemin səbəb olduğunu söyləmək düz olmaz. Elə səbəbsiz ayrıldıq. Yaxın 2-3 günə hansı kluba keçəcəyimə aydınlıq gələcək. Hazırda bir neçə təklif almışam ki, onlardan birini dəyərləndirəcəyəm”.

Qeyd edək ki, “Qarabağ” Ağakişiyevədək Viktor İbekoyi, Mamadouba Soumah, Hüseyn İsgəndərov və Aleksandr Qoqoberişvili ilə də yollarını ayırmışdı.
0