“Qəbələ” Ramal Hüseynovla maraqlanır
07.01.2009 - 20:39
“Qəbələ” Ramal Hüseynovla maraqlanır
“Bakı”nın yarımmüdafiəçisi Ramal Hüseynova Premyer Liqanın daha bir komandası - “Qəbələ” elçi düşüb. Bu haqda apasport.az saytına “Qəbələ”nin mətbuat katibi Nail Kərimov məlumat verib. O, 25 yaşlı futbolçunun transferinin alınıb-alınmayacağı barədə qəti söz söyləməyin mümkün olmadığını bildirib.

“Həqiqətən də, klubumuzun baş məşqçisi Ramiz Məmmədov Ramal Hüseynovla maraqlanıb. Ancaq məsələ hələlik açıq qalır” - deyə Kərimov vurğulayıb. Buna baxmayaraq, “Qəbələ” dövrələrarası fasilədə iki yerli futbolçunu Mikayıl Namazov və Yaşar Abuzərovu heyətə cəlb edib.

Qeyd edək ki, Ramalı az öncə Türkiyənin “Girəsunspor” klubu transfer etmək istəsə də, keçid baş tutmamışdı.
0