Milli komandamız Dubaya gedir
08.01.2009 - 11:17
Milli komandamız Dubaya gedir
Futbol üzrə Azərbaycan milli komandasının 2009-cu ildə ilk təlim-məşq toplanışını keçirəcəyi məkan dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində hazırlaşacaq.

Təlim-məşq toplanışı yanvarın 27-dən fevralın 12-dək davam edəcək. Bu, martın 28-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiya yığmasına qarşı keçirləcək matça hazırlıq xarakteri daşıyacaq. Baş məşqçi Berti Foqts Dubay toplanışı zamanı yetirmələrini yoxlama görüşlərində də sınayacaq. Rəqiblər hələlik dəqiqləşməyib.

Qeyd edək ki, milli komandamızın Asiyada, konkret olaraq BƏƏ-də hazırlıq keçəcəyi qabaqcadan bilinirdi. AFFA rəhbərliyi paytaxt Əbu-Dabi və ya Dubay şəhərləri arasında seçim aparırdı.
0