“Mançester Yunayted” 2008-ci ilin ən yaxşı klubudur
08.01.2009 - 12:24
“Mançester Yunayted” 2008-ci ilin ən yaxşı klubudur
İngiltərənin “Mançester Yunayted” klubu dünyanın ən yaxşı komandasıdır. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2008-ci il üçün dünya klublarının yekun reytinqini açıqlayıb. Ötən il yanvarın 1-dən dekabrın 31-dək olan müddətə hesablanan reytinqdə mançesterlilər 292 xal toplaya bilib. İkinci olan “Bavariya” (Almaniya) 272, ilk “üçlüyü” qapayan “Liverpul” (İngiltərə) 267 xala malikdir. Dünyanın 350 ən güclü komandası arasında Azərbaycan təmsilçiləri yer almayıb. Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” komandası 78 xalla dünyanın 219-cu komandasıdır. Türkiyə təmsilçilərindən “Fənərbaxça” (169,5 xal) 28-ci, “Qalatasaray” (155) 49-cu, “Beşiktaş” (113) 110-cu, “Kayserispor” (88) 173-cü, “Sivasspor” (73,5) 255-ci, “Gənclərbirliyi” (67) 305-ci, “Teabzonspor” (64,5) 326-cı yeri tutub.
0