Kanut da İsrailə etirazını bildirdi - FOTO
08.01.2009 - 14:07
Kanut da İsrailə etirazını bildirdi - FOTO
“Sevilya” klubunun futbolçusu Frederik Kanut da İsrail əsgərlərinin Qəzza bölgəsində fələstinlilərə qarşı hərbi əməliyyatlar aparmalarına etirazını bildirib. Apasport.az saytının məlumatına görə, əslən malili hücumçu İspaniya kuboku çərçivəsində “Deportivo” ilə görüşdə qol vurduqdan sonra futbolkasını çıxaraq, alt maykasında yazılmış “Fələstin” sözünü nümayiş etdirib.

Qeyd edək ki, dini etiqadına görə müsəlman olan Kanut Fransada doğulub. O, 1999-cu ildə Mali vətəndaşlığını qəbul edərək, öz vətəninin milli komandasında çıxış etməyə başlayıb. Kanut yığmada keçirdiyi 52 matçda 17 qol vurub.
0