Şok: “Bakı”ya təklif olunan futbolçu lüt soyundu! - FOTO
08.01.2009 - 15:54
Şok: “Bakı”ya təklif olunan futbolçu lüt soyundu! - FOTO
Bolqarıstanın MOİK klubu tərəfindən “Bakı”ya təklif olunan nigeriyalı futbolçu Şikoza Udodji qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi transferə çıxarıldıqdan sonra soyunaraq, şəkil çəkdirmək qərarına gəlib.

Əvvəllər Şikoza gecələri diskotekalarda keçirməklə, ad çıxarıbmış. Bu dəfə isə o, yeniliyə əl atıb. Daim tanışlarına lüt şəkillərini çəkməyi xahiş edən Udodji öz əksini Bolqarıstanın “Uik-end” jurnalında görüb.

Ümumiyyətlə, MOİK rəhbərliyi afrikalı oyunçudan narazıdır. Belə ki, təlim-məşq toplanışında olan sofiyalılar Nigeriyadan qayıdışı gözlənilən Şikozanı qarşılamaq üçün hava limanına nümayəndə göndəriblər. Ancaq ərköyün futbolçu klubuna qarşı hörmətsizlik edərək, gəlib çıxmayıb. Özü də gənc yarımmüdafiəçi məxsus olduğu komandanın xəbəri olmadan, yunan komandaları ilə danışıqlara başlayıb.

Qeyd edək ki, bir müddət öncə MOİK rəsmiləri Udodjini satmaları ilə bağlı “Bakı”ya müraciət ediblər. Sofiya klubu onun transfer qiymətinin 200 min avro olduğunu açıqlayıb. Bolqarıstanlılar bu məbləğin 128 minini borclu olduqları “Vihren”ə ödəmək niyyətindədirlər.
0