Ronaldonun divara çırpılan avtomobili yararsız hala düşdü - FOTOSESSİYA
09.01.2009 - 10:31
Ronaldonun divara çırpılan avtomobili yararsız hala düşdü - FOTOSESSİYA
Dünən avtomobil qəzasına uğrayan “Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldonun maşını yararsız hala düşüb. Apasport.az saytının məlumatına görə, avtomobilin ön hissəsi xüsusilə sol tərəfdən tam dağılıb.

Qəza dünən günorta saatlarında, portuqaliyalı yarımmüdafiəçi məşqə gedərkən baş verib. Ronaldonun idarə etdiyi qırmızı rəngli “Ferrari” Mançester Hava Limanının yaxınlığındakı tuneldən keçərkən, divara çırpılıb.

2008-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu maşından təkbaşına çıxıb. O, heç bir xəsarət almayıb. Üstəlik, qəzadan sonra keçirilən alkoqol testi də məşhur yarımmüdafiəçinin içkili olmadığını sübuta yetirib.

“Ferrari” divara kifayət qədər möhkəm zərbə ilə girib. Hətta sol qabaq təkər və digər xırda hissələr yola tökülüb. Xoşbəxtlikdən qəza zamanı ətrafda başqa maşınlar olmayıb.
0