Futbolçunun seksual sevgilisi imicini dəyişdi - FOTO
09.01.2009 - 14:01
Futbolçunun seksual sevgilisi imicini dəyişdi - FOTO
İngiltərənin “Liverpul” klubunun qapıçısı Nikolay Mixaylovun sevgilisi Nikoleta Lozanova imicini dəyişib. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın 21 yaşlılardan milli komandasının futbolçusu ilə eşq macərası yaşayan Nikoleta “Maksim” jurnalı üçün çılpaq şəkillər çəkdirərkən, tam fərqli qiyafədə görünüb.

Əvvəllər digər jurnallarda, o cümlədən “Playboy”da bədəninin ən incə yerlərini nümayiş etdirən zaman Lozanova sarı saçları ilə obyektivlərin önə keçirdi. “Maksim” jurnalında isə bolqar gözəlçə yeni imicdə nəzərə çarpıb. Ən diqqətçəkən cəhətlər onun saçının rəngini qaraltması və gözlərinə linza taxmasıdır.

Futbolçuya gəlincə, Mixaylov “Liverpul”a 2007-ci ildə “Levski”dən transfer olunub. Gənc qapıçı ötən mövsüm icarə əsasında Hollandiyanın “Tvente” klubunda oynayıb.
0