Milli komandamız dünya çempionatının final mərhələsinin bir addımlığında
10.01.2009 - 22:47
Milli komandamız dünya çempionatının final mərhələsinin bir addımlığında
Gənc qızlardan ibarət Azərbaycan voleybol yığması Avropa çempionatın seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin Alaniya şəhərində təşkil olunan turnirin D qrupunda yer alan millimiz Fransanı məğlubiyyətə uğradıb – 3:1 (26:24, 25:17, 24:26, 25:13).

Bu qələbədən sonra yığmamız topladığı 7 xalla qrupda birinci pilləyə yüksəlib. Amma Türkiyə sonuncu qarşılaşmada Slovakiyanı üstələyəcəyi təqdirdə, voleybolçularımız ikinci pilləyə düşəcək. Meydan sahiblərinin məğlub olacağı təqdirdə, Azərbaycan, Türkiyə və Slovakiyanın xalları bərabərləşəcək.

Qeyd edək ki, final mərhələsinə qrupda ilk iki yeri tutan yığmalar yüksələcək.
0