“Neftçi” klubunun Antalyada növbəti rəqibi müəyyənləşdi
11.01.2009 - 21:27
“Neftçi” klubunun Antalyada növbəti rəqibi müəyyənləşdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu yanvarın 14-də növbəti yoxlama matçında qüvvəsini sınayacaq. Apasport.az saytının xəbərinə görə, flaqman həmin gün Rusiyanın “Krılya Sovetov” komandasıyla qarşılaşacaq. Bu barədə Samara təmsilçisinin baş məşqçisi Leonid Slutskiy məlumat verib.
Qeyd edək ki, dörd qat Azərbaycan çempionu Antalyada ilk yoxlama matçında Rotterdam “Feyenoord”una 1:5 hesabıyla yenilib.
0