Raul əfsanəyə çevrilir
11.01.2009 - 21:51
Raul əfsanəyə çevrilir
İspaniya Primerosunun 18-ci turunda “Malyorka”ya qarşı oyun Madridin “Real” klubunun hücumçusu Raul üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında 500-cü görüşünə çıxan 31 yaşlı futbolçu 17-ci dəqiqədə fərqlənməklə, Primeroda vurduğu qollarının sayını 212-yə çatdırıb. O, daha 4 qol vuracağı təqdirdə, “Real”ın əfsanəvi hücumçusu Alfredo de Stefanoya çatacaq. İspaniya çempionatı tarixinin ən məhsuldar hücumçusu olmaq üçün isə Raul rəqib komandaları daha 39 dəfə məyus etməlidir.
0