Milli komandamızın legionerləri toplanışa niyə aparılmır?
12.01.2009 - 10:36
Milli komandamızın legionerləri toplanışa niyə aparılmır?
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) Türkiyəyə təlim-məşq toplanışına yollanan heyəti müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, alman mütəxəssis Bernard Lippert hazırlıq prosesinə 20 futbolçu aparacaq. Bunlar Andrey Popoviç, Anar Məhərrəmov, Kirilo Bejenar, Boqdan Stolyarenko, Ruslan Tağızadə, Emin Mehtiyev, Yasin Yaqubzadə, Murad İsgəndərli, Elnur Abdulov, Namiq Abdullazadə, Sabir Ramazanov, Nurlan Qurbanov, Elgiz Kərəmli, Hacı Əhmədov, Slavik Alxasov, Murad Qurbanov, Aleksey Qavrilyuk, Amit Quluzadə, Nicat Qurbanov və Zaur Hacızadədir.

Lippert yanvarın 12-dən 14-dək Bakıda keçirilən toplanışa dəvət olunan legionerləri Antalyaya aparmamağı qərara alıb. Söhbət Akif Tağıyev, Vasili Pinyaşko, Miroslav Lutnyonski, Mixail Popov və Dmitri Pirekupkadır. Tağıyev Rusiyanın İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbindən, Pinyaşko, Lutnyonski, Popov və Pirekupka isə Ukrayna klublarından cəlb olunub.

Qeyd edək ki, U-17 yanvarın 15-dən 26-dək Antalyadakı hazırlıq prosesində bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
0