“Bakı” klubunun potensial futbolçusunu kim qaçırdıb?- FOTO
12.01.2009 - 12:18
“Bakı” klubunun potensial futbolçusunu kim qaçırdıb?- FOTO
“Bakı” klubunun transfer siyahısında yer alan Əmrə Aşıkın keçmiş sevgilisi Aysun Kayaçı hələ də futbolçu ilə dost kimi qaldıqlarını etiraf edib.

Apasport.az saytının məlumatına görə, cəlbedici şəkilləri ilə Türkiyə mətbuatının gündəmində qalan maneken vaxtilə Əmrəni çox incidib. Futbolçu özü də Kayaçının ürəyinə əziyyətlə yol tapdığını bildirib: “Aysunun dalınca çox qaçmışam”.

Qeyd edək ki, bakılılar Türkiyə milli komandasının heyətində Avropa çempionatının bürünc mükafatını qazanan futbolçunu gələn mövsüm üçün transfer etmək istəyir.
0