“Neftçi” samaralılarla oyundan və ABŞ futbolçusundan imtina etdi
12.01.2009 - 12:53
“Neftçi” samaralılarla oyundan və ABŞ futbolçusundan imtina etdi
Türkiyədə hazırlığını davam etdirən “Neftçi”nin Rusiyanın “Krılya Sovetov” komandasıyla yanvarın 14-də keçirilməsi nəzərdə tutulan yoxlama oyunu baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, flaqman Rusiya Premyer Liqa təmsilçisi ilə qarşılaşmağa razılıq vermir. Buna səbəb “Neftçi”nin baxışa gələnləri nisbətən zəif komanda ilə görüşdə sınamaq istəyidir. İlk yoxlama oyununda Hollandiyanın “Feyenoord” klubuna böyük hesabla uduzan (1:5) təmsilçimiz Antalyada hazırlığa çoxlu komanda gəldiyi üçün seçim imkanı genişdir. Növbəti yoxlama oyunlarını yanvarın 14-də 16-da keçirməyi planlaşdıran komandamızın rəqiblə bağlı variantları götür-qoy edir.

Qeyd edək ki “Neftçi” alman Peter Noyman və rumın Marius Ene ilə yanaşı, litvalılar – Tadas Papeskis, Aleksander Arkadius və latviyalı Kristaps Qrebisi baxışdan keçirir. Liyepayanın “Metallurq” klubunun ucaboylu hücumçusu Qrebis ötən mövsüm vurduğu 13 qolla Latviya çempionatın bombardirlər yarışında 2-ci olub. Latviya milli komandasının hücumçusu vaxtilə İngiltərənin aşağı liqasında da çıxış edib. “Neftçi” baxışa çağırdığı ABŞ-nın gənclər yığmasının sabiq futbolçusu Teddi Nizioleki isə artıq geri qaytarıb. 23 yaşlı yarımmüdafiəçi Moldovanın “Nistru” klubundan gəlib.
0